Surovikin yeni vəzifəyə təyin edilib

Surovikin yeni vəzifəyə təyin edilib

“Vaqner”lə əlaqəsinə görə vəzifəsindən uzaqlaşdırılan və bir müddət həbsdə saxlanılan Rusiya Aerokosmik Qüvvələrinin (PKS) keçmiş komandanı Sergey Surovikinə yeni vəzifə verilib.

 

Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, Surovikin Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə Məsələləri üzrə Koordinasiya Komitəsinə rəhbər təyin olunub.

 

İddialara görə, MDB Müdafiə Nazirləri Şurasının üzvləri Surovikinin hava hücumundan müdafiə komitəsinin sədri təyin edilməsinə yekdilliklə səs veriblər. Bundan sonra o, MDB-yə üzv dövlətlərin birgə hava hücumundan müdafiə sisteminə nəzarət edəcək.

 

Xatırladaq ki, "Vaqner" lideri Yevgeni Priqojinin üsyanından sonra Surovikin vəzifəsindən azad edilərək həbs olunmuşdu. O, hərbi qiyam haqqında öncədən məlumatlı olmasına baxmayaraq lazımi tədbirlər görməməkdə günahlandırılırdı.

 

Vasif


OXŞAR XƏBƏRLƏR