Logo

Rusiyanın 8 sursat anbarı məhv edildi - Ukrayna SQ

Rusiyanın 8 sursat anbarı məhv edildi - Ukrayna SQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya hərbçisini və çox sayda texnikanı məhv edib.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı Aleksandr Tarnavski bildirib.

O qeyd edib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə 17 dəfə hücum edib, 4 raket və 18 hava zərbəsi endirib.

“Son 24 saat ərzində düşmənin itkiləri 321 nəfər (bərpa olunmayan - 81, yaralı - 233, əsir götürülən - 7) təşkil edib. Düşmənin 40 hərbi texnikası məhv edilib”, - deyə Tarnavski bildirib.

O, əlavə edib ki, düşmənin 8 silah-sursat anbarı və 2 komanda məntəqəsi də məhv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR