İkiqat terror aktı - Malidə silahlıların hücumu nəticəsində 60-dan çox insan həlak olub

İkiqat terror aktı - Malidə silahlıların hücumu nəticəsində 60-dan çox insan həlak olub

İslamçı ekstremistlər Malidə eyni vaxtda iki terror aktı həyata keçirib, nəticədə onlarla mülki şəxs və hərbçi həlak olub.
 

Sfera.az bildirir ki, terrorçular qayığa Niger çayı ilə Qao şəhərindən Moptiyə doğru hərəkət edərkən hücum ediblər. Gəmiyə ən azı üç raket atılıb, nəticədə 49-u mülki şəxs və 15 hərbçi olmaqla 60 nəfər həlak olub.
 

Qayıq hərəkətini dayandırdıqdan sonra hərbi qüvvələr sağ qalanları xilas etmək üçün əməliyyata başlayıb, hadisə yerində araşdırma aparılır.


İslamçı ekstremistlər Qaonun Bureyma Ring bölgəsindəki ordu düşərgəsinə də hücum ediblər. Silahlı qüvvələrlə toqquşma nəticəsində 50-yə yaxın insan həlak olub.
 

Ölkə hökuməti üç günlük milli matəm elan edib.


Xatırladaq ki, Somalinin paytaxtında da terror aktı baş verib. Moqadişuda yerləşən Təhsil Nazirliyinin yaxınlığında irimiqyaslı terror aktı baş verib. Partlayıcı ilə doldurulmuş iki avtomobil binanın altında partladılıb. Hücum nəticəsində azı 100 nəfər həlak olub. 300-dən çox vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Bir müddət əvvəl isə İranın Şiraz şəhərində Şah Çərəx məqbərəsi yaxınlığında irimiqyaslı terror aktı baş verib. Üç silahlı naməlum şəxs dini binaya hücum edərək dindarlara atəş açıb. Ən azı 15 nəfər terror aktının qurbanı olub.


Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR