Türkiyənin şimal-qərbində meşə yanğını başladı
Kateqoriya məlum deyil
Türkiyənin şimal-qərbində yerləşən Çanaqqala vilayətinin Ayvacık rayonunda meşəlik ərazidə başlayan yanğının miqyası genişlənib.
Bu barədə Türkiyə mətbuatı xəbər verib.
Bildirilib ki, əraziyə yanğınsöndürənlər, o cümlədən helikopterlər cəlb olunublar. Havanın küləkli olması yanğına qarşı effektiv mübarizə aparmağa mane olur.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.






