Keçmiş sevgilisi tərəfindən üzü yandırılmış qadının hekayəsi - FOTOLAR
38 yaşlı Keti Piperin keçmiş sevgilisi üzünü turşu ilə yandırdıqdan sonra ona toxuma transplantasiyası edilib.
Sfera.az bildirir ki, 2008-ci ildə Keti Piper keçmiş sevgilisi tərəfindən dəhşətli hücumun qurbanı olub. Hücum nəticəsində sevgilisinin üzərinə tökdüyü turşudan onun üzü, sinəsi, qolları və əlləri yanır və bir gözü kor olur. 400-dən çox əməliyyat keçirən Ketinin bədəninin digər yerlərindən və inəkdən toxuma götürülərək yeni üzə sahib olub.
"Mənim əzələ toxumalarımdan skeletimə qədər uzanan çox dərin yanıqlarım var idi."
“Əgər mən odda yanmış olsaydım, alov sönər və daha az zərər verə bilərdi. Lakin kimyəvi maddə ilə yandığım üçün dərimin dörd qatı yanıb”.
Toxumanın əsasını təşkil edən kollagen və elastin inəkdən götürülüb"-deyən Keti Piper gülərək:
"Üzüm inəkdəndir" deyir.
"Yanmış üzüm tamamilə cərrahi yolla çıxarıldı, çünki oradakı toxumalar artıq ölü idi və hər cür infeksiyaya yoluxa bilərdi."
Həkimlər Ketinin kürəyindən və ombasından toxuma götürərək üzünə köçürüblər.
“Həkimlər mənim süni dərim üçün qollarını çırmadılar. Mən bu prosesi ev tikintisinə bənzədirəm. Skelet və kərpic qoymadan əvvəl təməl qoymalısınız. Əsas kollagen və elastin inəkdən götürülüb. Üzüm və sinəm üçün kürəyimdən və ombamdan toxumalar götürülüb".
Ketinin burnu yuxarı qabırğalarından, qasıqlarından isə göz qapaqlarından toxuma alınaraq düzəldilib.
2010-cu ildə Keti onun kimi yanıqlara məruz qalan insanlara ilham vermək və yanıq müalicələrinə kömək etmək üçün xeyriyyə təşkilatı olan “Katie Piper Fondu”nu təsis edib. O, xidmətlərinə görə mükafat da alıb.
Keti gözəllik sənayesində maarifləndirmə işini davam etdirəcəyini deyir.
“Mən sağlam uşaq doğulmuşam və 20 yaşıma kimi bədənimdə heç bir nəzərəçarpacaq fərq yox idi. Gözəl və "çirkin" olduğum hər iki həyatı yaşadım. Siz azlığın bir hissəsi olduğunuzda, sizin kimi insanlar gözəllik sənayesinə və onun reklamına daxil edilmir. Heç kim sifəti yanmış birini televizorda görmək istəmir. “Sən olduğun kimi gözəlsən” deyən birini görmək istəyirlər.
Aynil
Sfera.az