Logo

Putinlə Ərdoğanın nahar menyusu - FOTO

Putinlə Ərdoğanın nahar menyusu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı yediyi yeməklər məlum olub.

Sfera.az xəbər verir ki, bu barədə “Kreml pulu” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub.

Desert kimi isə Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.

Xatırladaq ki, Putin və Ərdoğan bu gün Soçidə görüş keçiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR