Nigeriyanın devrilmiş prezidenti ailəsi ilə birlikdə malyariyaya yoluxdu
Nigeriyanın devrilmiş prezidenti Mohamed Bazum malyariyaya yoluxub.
Nigerin keçmiş xarici işlər naziri Asumi Məsudunun sözlərinə görə, Məhəmməd Bazum hərbi çevrilişdən sonra bütün problemlərə baxmayaraq, yaxşı əhval-ruhiyyədədir.
Sfera.az bildirir ki, Asumi Məsudu “El Pais” qəzetinə müsahibəsində hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Nigeriya prezidenti Məhəmməd Bazumun ev dustaqlığında ikən həyat yoldaşı və oğlu ilə birlikdə malyariyaya yoluxduğunu bildirib.
"Onların elektrik enerjisi yoxdur. Ərzaq saxlamaq üçün soyuducuları yoxdur və hava kifayət qədər istidir. İndi Nigeriyada temperatur 40 dərəcədən yuxarıdır. Ağcaqanadlar çoxdur və onların (Bazumanın ailəsi - red.) problemləri var. Hamısı malyariyaya yoluxublar. Bazuma – red.) həyat kifayət qədər sərtdir”- deyə Məsudu bildirib.
Eyni zamanda o qeyd edib ki, devrilmiş prezident Məhəmməd Bazum yaxşı əhval-ruhiyyədədir, müqavimət göstərir və mübarizə aparır. Sabiq xarici işlər naziri Bazum və onun ailə üzvlərinə lazımi tibbi yardımın olub-olmadığını açıqlamayıb.
Qeyd edək ki, Bazum uzun müddətdir elektrik və su təchizatı olmayan iqamətgahdadır. Məlumata görə, üsyançılar Bazumu qida, su və elektrik enerjisindən məhrum ediblər.
Üsyançıların dediyinə görə isə, Bazum sağlamdır. O, digər ölkələrin liderləri və hökumət nümayəndələri ilə telefonla əlaqə saxlayır, lakin ona iqamətgahı tərk etmək qadağandır.
Xatırladaq ki, avqustun 20-də Nigeriyada üsyançıların liderinin üç ildən sonra hakimiyyəti təhvil verəcəyini vəd etdiyi bildirilmişdi. Nigeriyadakı çevrilişin lideri general Abdurahaman Çiani avqustun 20-də paytaxt Niameydə Qərbi Afrika regional bloku ECOWAS-ın vasitəçiləri ilə görüşdən sonra Qərbi Afrika dövlətini mülki idarəçiliyə qaytaracağına söz verib.
Aysel
Sfera.az