Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayıb - İlkin sınaqlar uğurludur
Ukrayna raket istehsalı proqramını genişləndirir və bu sahədə yaxşı nəticələr var.
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov açıqlamasında bildirib.
O, qeyd edib ki, yaxın gələcəkdə Rusiya Ukrayna raketlərinin zərbəsindən yanacaq.
Xatırladaq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin öz istehsalı olan uzaqmənzilli silahlardan uğurla istifadə etdiyini bildirib. Ukrayna hərbçiləri 700 kilometr məsafədəki hədəfi vura bilib. Bununla bağlı video görüntülər də yayımlanıb.
Danilov deyib ki, artıq Ukrayna ordusu bu raketlərdən istifadə edir:
"Onlar (Rusiyanı nəzərdə tutur – red.) bunu zaman-zaman hiss edirlər. Biz Rusiya Federasiyasının adi vətəndaşları ilə müharibə aparmırıq. Silahlarımıza gəlincə, onlar bütün hüquqi və tənzimləyici beynəlxalq qaydalara uyğun olaraq sırf hərbi obyektləə qarşı istifadə olunur. Ukrayna uşaq bağçalarına, xəstəxanalara və mülki əhalinin yerləşdiyi digər obyektlərə hücum etmir. Bu, bizimlə terrorçuların əsl fərqidir".
Danilov qeyd edib ki, raket proqramı ilə bağlı 2020-ci ilin martın 1-də prezident sərəncam imzalayıb, 2020-ci ilin yanvar-fevral aylarında isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının bununla bağlı müvafiq qərarı hazırlanıb: “Raket istehsalı çox mürəkkəb prosesdir və raketlər çox mürəkkəb texnikadır. Daha yaxşısını istehsal etmək, raketi yüz kilometrlərlə uzağa atıb sonra onu idarə etmək bacarığı böyük komandaların işidir. Artıq deyə bilərik ki, Ukraynanın bununla bağlı yaxşı nəticələri var.
İnanın, yaxın gələcəkdə bəziləri sözün əsl mənasında yanacaq. Dünən prezident vurğuladı ki, 700 kilometr uzaqlıqda olan hədəf vurulub. Lakin bu, Ukraynanın istehsal etdiyi raketin vura biləcəyi ən uzaqda olan nöqtə deyil".
Vasif