Logo

İranda daşqınlar üç nəfərin həyatına son qoydu

İranda daşqınlar üç nəfərin həyatına son qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Qızıl Aypara Cəmiyyətinin xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Bildirilir ki, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət nəticəsində boğulub, daha ikisi ildırım vurması nəticəsində ölüb.

Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR