Kazino 106 yaşının şərəfinə qadına jest edərək cekpotunu ikiqat artırdı - FOTO
ABŞ-da Milwaukee sakini Sarah Peterson 106-cı doğum günündə “Potawatomi Casino”da 1000 funt-sterlinqlik cekpot qazanıb. Onun mükafatı oyun müəssisəsinin hədiyyəsi olaraq ikiqat artırılıb.
Sfera.az bildirir ki, qadın uzun illərdir hər il ad gününü Potawatomi kazinosunda qeyd edir. Ancaq bu il onun üçün xüsusi olub.
Qadın 2000 funt sterlinqdən çox pul qazanaraq ad gününü möhtəşəm şəkildə qeyd edib. O, slot maşınlarından birində 1000 funt-sterlinqlik cekpot qazanıb.
Həmin həftənin sonunda “Potawatomi Casino”nun baş direktoru Dominik Ortiz Saraya sürpriz edib. 106 yaşının şərəfinə qadının uduşlarını ikiqat artırıb.
"Biz Saranın ad gününü hər il təbrik edirik. O və ailəsi bu günü bizimlə qeyd etdiyinə görə minnətdarıq. Onun böyük mükafatını eşidəndə hamımız sevindik və 106 yaşını daha da xüsusi etmək istədik" - deyə direktor bildirib.
Ad gününü qeyd edən Sara ziyafət paltarı geyinib və ailəsi ilə birlikdə xüsusi hazırlanmış tortdan dadıb.
"Bilirsiz, mən yaxşı həyat sürmüşəm. İçmədim, siqaret çəkmədim, barlara getmədim. Sadəcə yaxşı həyat sürdüm. Özümə yaxşı baxırdım"- amerikalı qadın müsahibə verərkən deyib.
Onun kazino qazanmasına gəldikdə, Peterson bundan yaxşı istifadə etməkdə qərarlıdır.
"Bu pulu qazandığım üçün xoşbəxtəm. Bununla nə edəcəyimi bilmirəm. Bununla belə, yaxşı seçim edəcəm" - deyə o əlavə edib.
Aynil
Sfera.az