16 yaşlı qız McDonald\'s sousu üstündə öldürülü - FOTO
ABŞ-da 16 yaşlı Naima Liqqon Vaşinqtonda McDonald's restoranının qarşısında şirin və turş sous üstündə mübahisə zamanı bıçaqlanıb.
Sfera.az bildirir ki, qız McDonald's restoranının qarşısında mübahisə zamanı bıçaqlanıb.
Naima Liggon və rəfiqəsi sous üstündə o qədər dalaşıblar ki, bir anda mübahisə bıçaqlaşmaya çevrilib. Qız döş qəfəsindən və mədəsindən iki zərbə alıb.
Bazar günü səhər tezdən fast food restoranında bıçaqlanan qız yerli xəstəxanaya aparılıb. Münaqişəyə səbəb isə qeyd olunduğu kimi şirin və turş sous üstündə mübahisə olub.
Məhkəmədə detektiv Brendan Jasper bildirib ki, bıçaqlaşma sous üstündə yaranan mübahisə səbəbindən başlayıb. Detektiv bildirib ki, Valdorfdan (Baltimor) Liqqonla başqa 16 yaşlı qız arasında maşına minmək istəyəndə dava düşüb. Naimə sinə və mədə nahiyəsindən yeddi yarım düym uzunluğunda bıçaqla vurulub.
İclasda adı açıqlanmayan 16 yaşlı qız, eyni zamanda Valdorf sakini ifadəsində, bıçaqlanmaların özünümüdafiə məqsədilə olduğunu bildirib. O, əvvəlcə həbs olunaraq, silahla ikinci dərəcəli qətldə ittiham edilib. Metropoliten polisindən bildiriblər ki, naməlum şübhəlini tutmaq üçün hadisə yerinə gedəndə onun əlində bıçaq olub.
Polisin dediyinə görə, iki yeniyetmə McDonald's-dan yemək sifariş verib, sonra birlikdə maşına miniblər və orada mübahisə düşüb. Nəticədə, qız bıçaqlanaraq qətlə yetirilib.
"Naima gözəl, ağıllı, şən və bənzərsiz, həyatı sevən bir qız idi. Onu çox adam sevirdi. Naimə musiqini və incəsənəti, basketbolu sevirdi və usta bərbər olmağa hazırlaşırdı. O, yenicə “Krispi Kreme”də donuts hazırlamaq və sürücülük vəsiqəsi almağa hazırlaşmaq üzrə mütəxəssis kimi işə götürülmüşdü. Bu mənasız itkinin nəticələri ailəmizə, dostlarımıza və ictimaiyyətimizə ağır təsir etdi. Naima heç vaxt öz məzuniyyətini görməyəcək. Biz onu kollec məzunu olaraq görməyəcəyik. Evlənə, ya da uşaq sahibi ola bilməyəcək”- deyə ailə üzvləri bildiriblər.
Qeyd olunur ki, hakimiyyət Kolumbiya dairəsinin bir neçə bölgəsində 16 və ondan aşağı yaşda olan yetkinlik yaşına çatmayanlar üçün komendant saatı tətbiq edib. Naima Liggon bu il Vaşinqtonda öldürülən 18 yaşından kiçik 13-cü gənc olub. Bu qətllər çox vaxt digər azyaşlıların əli ilə baş verir.
Aysel
Sfera.az