Kim Çen İnn Şimali Koreyanın cənubunu işğal etməyə HAZIRLAŞIR
Şimali Koreyanın lideri Kim Çen İnn Koreya Xalq Ordusunun Baş Qərargahının təqdim etdiyi təlimlər planı ilə tanış olub. Planda Şimali Koreyanın cənub hissəsini ələ keçirmək nəzərdə tutulur.
Sfera.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Ölkə rəhbəri avqustun 29-da Baş Qərargahın təlimlərə nəzarət mərkəzində olub, kompleks komanda-qərargah təlimlərinin gedişi ilə tanış olub. Təlimlər həmin gün ABŞ və Koreya Respublikasının “KXDR-ə qarşı total müharibə” ssenarisini tətbiq edən “təhlükəli və təxribatçı genişmiqyaslı manevrlərinə” cavab olaraq təşkil edilib.
Şimali Koreya lideri, həmçinin Baş Qərargahın əməliyyat sənədlərini, o cümlədən cəbhəboyu və strateji ehtiyat artilleriya birləşmələrindən istifadə planını, düşmən xəttinin arxasında cəbhə xəttinin yaradılması planını, xarici silahlı qüvvələrin hərbi əməliyyatlara daxil olmasını pozmaq konsepsiyasını yoxlayıb.
Bundan əlavə, agentlik qeyd edib ki, Kim Çen İnin təlimləri intensivləşdirmək göstərişinə cavab olaraq komandirlər müharibə hazırlığını sürətləndirməyə, düşməni məğlub etməyə və ölkənin cənub bölgəsinin bütün ərazisi üzərində nəzarəti bərqərar etməyə hazırlaşır.
İnci