Rusiyada yeni hərbi qiyam gözlənilıir? - Proqnoz

Rusiyada yeni hərbi qiyam gözlənilıir? - Proqnoz

Kremldə düşünürlər ki, "Vaqner"in təsisçisi Yevgeni Priqojinin ölümündən sonra Rusiyada yeni hərbi qiyam təhlükəsi var.

 

Sfera.az xəbər verir ki, Rusiya mətbuatına bu barədə məlumatı Kremlə yaxın iki mənbə və əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış dövlət məmuru verib.

 

“Priqojinin mirası Ukrayna, Afrika və Yaxın Şərqdə teleqram kanalları və siyasi texnoloqların yönəltdiyi media imperiyası tərəfindən dəstəklənən döyüş təcrübəsi olan hərbi birləşmələrdir. Odur ki, Kreml “Vaqneri” indiki formada saxlaya bilməyəcək”,- mənbələr deyib.

 

Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov isə “Vaqner”in bir çox üzvlərinin Priqojinin ölümünün arxasında hakimiyyətin ola biləcəyinə inandığını qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR