“Nüvə müharibəsi riski artır...” - Kim Çen In

“Nüvə müharibəsi riski artır...” - Kim Çen In

“ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma yaradan hərəkətləri Koreya yarımadası regionunda sabitliyi pozur və nüvə müharibəsi riskini artırır”.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In Şimali Koreya Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı deyib.

 

"Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan rəsmilər toplaşaraq müxtəlif hərbi təlimlər keçirəcəklərini bəyan etdilər. ABŞ də daxil olmaqla düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri səbəbindən Koreya yarımadasının ətrafındakı sular dünyada hərbi maşınların ən çox cəmləşdiyi əraziyə və nüvə müharibəsi riskinin böyüdüyü qeyri-sabit sulara çevrildi”, - deyə o, qeyd edib.

 

“Mövcud vəziyyət tələb edir ki, Hərbi Dəniz Qüvvələrimiz daimi döyüş hazırlığında olsun, gözlənilməz hallar zamanı düşmənin iradəsini darmadağın etməyə hazır olmaq üçün bütün səyləri göstərsin”, - Şimali Koreya lideri əlavə edib.

 

Xatırladaq ki, avqustun ortalarında ABŞ Prezidenti Co Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yoon Suk-Yeol Vaşinqton yaxınlığındakı Kemp-Deviddə üçtərəfli sammit keçiriblər. Sammit zamanı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlərin keçirilməsi barədə razılığa gəliblər. İyul ayında ABŞ və Cənubi Koreya da ABŞ-nin nüvə sualtı qayığının iştirakı ilə təlimlər keçirib. Bundan əlavə, nüvə silahı daşıyan "USS Kentucky" strateji sualtı gəmisi Cənubi Koreyanın Busan limanına səfər edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...