Qaçırılan qadın yazdığı qəribə qeydlə xilas oldu

Qaçırılan qadın yazdığı qəribə qeydlə xilas oldu

ABŞ-da özünü Uber sürücüsü kimi təqdim edən şəxs tərəfindən qaçırıldığı iddia edilən qadın yanacaqdoldurma məntəqəsində tanımadığı şəxsə verilən qeyd sayəsində xilas edilib.
 

Sfera.az xəbər verir ki, polis rəsmiləri qızın qısa mesajının onun həyatını xilas etdiyini bildirib. Saxlanılan şəxs əvvəllər adam oğurluğunda şübhəli bilinib.
 

Bazar ertəsi səhər (21 avqust) qadın salondan Honda mikroavtobusu ilə aparılıb, sonra axtarışa verilib. Bununla belə, Arizonada (ABŞ) Chevron mağazasına girib müştəriyə qeyd uzatması onun özünü xilas etməsi üçün çıxış yolu olub.
 

"Kömək edin. 911-ə zəng edin. Mavi Honda mikroavtobusu... Kinqman - Las-Veqas istiqamətində hərəkət edir"- deyə qeyddə o, adını və telefon nömrəsini verib.


Yavapai İlçe Şerif Ofisi bildirib ki, qeydi alan şəxs dərhal hadisə yerinə gələn polisi çağırıb.
 

"Müştəri mikroavtobusun I-40-da qərbdən yenicə çıxdığını bildirib və onunla birlikdə getdiyi qadının və kişinin geyiminin təsvirini verib"- şerif ofisinin açıqlamasında deyilir.
 

Polis mikroavtobusu tez bir zamanda taparaq, 41 yaşlı Jacob Wilhoiteyi həbs edib.
 

O, əvvəllər də bir qadının qaçırılmasında şübhəli bilinib.
 

Polis həmçinin şübhəlinin furqonunda bir neçə silah tapıb. Hazırda həmin şəxs adam oğurluğu, ağır hücum, təqib, təhdid və hədə-qorxu ilə ittiham olunur.


Qadının şəxsiyyəti müəyyənləşdirilməyib və onun niyə hücumun hədəfi olduğu məlum deyil. Onun qeydi çatdırmaq üçün yanacaqdoldurma məntəqəsinə necə getdiyi də aydın deyil, lakin səlahiyyətlilər bu addımın onu xilas etdiyini bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR