“Vaxtı gələndə açıqlayacağıq” – Peskov Putinlə Ərdoğanın görüşü haqda
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəklərini təsdiqləyib. Lakin o, görüşün dəqiq olaraq nə vaxt və harada keçiriləcəyini söyləməkdən imtina edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Peskov brifinqdə iki liderin Rusiyada görüşə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib: "İki prezidentin görüşü tezliklə baş tutacaq. Biz bu barədə rəsmi açıqlamanı vaxtında verəcəyik".
Rusiya prezidentinin sözçüsü əlavə məlumat verməkdən imtina edərək bildirib ki, görüşün vaxtının və yerinin nə vaxt elan ediləcəyi ilə bağlı müəyyən razılaşmalar var və bu razılaşmalara sadiq qalınmalıdır.
Bundan əvvəl Türkiyədəki diplomat TASS-a bildirmişdi ki, Putin və Ərdoğan sentyabrın 4-də Soçidə görüşə bilərlər. Türkiyə mediasının iddiasına görə, Ərdoğan rusiyalı həmkarı ilə taxıl müqaviləsini canlandırmaq səylərini müzakirə etməyi planlaşdırır.
Əzizə