Logo

KTMT Latın Amerikası və Afrika ölkələri hesabına genişlənəcək - Açıqlama

KTMT Latın Amerikası və Afrika ölkələri hesabına genişlənəcək - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  genişlənmə ehtimalı var.

Sfera.az xəbər verir ki, bunu KTMT qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorov deyib. O, müşahidəçilər siyahısının artırılmasını istisna etməyib.

"Latın Amerikası, Afrika və digər qitələrdən tərəfdaşlar və müşahidəçilər olarsa, prinsipcə, onları qəbul etməyə hazırıq. Bir həftə əvvəl biz BRİKS-in tərkibinin necə olacağını dəqiq deyə bilərdik? Şəxsən mən bacarmazdım. Eyni şey KTMT ilə də baş verə bilər”, - A.Sidorov brifinqdə deyib.

Sidorov bildirib ki, sentyabrın 1-dən Belarusda başlayacaq “Döyüş Qardaşlığı-2023” təlimlərində Çin, İran, Səudiyyə Ərəbistanı və Monqolustan nümayəndələri müşahidəçi qismində iştirak edəcək.

Qeyd edək ki, KTMT-yə  Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR