Priqojinin cəsədinin vizual tanınması mümkün deyil - "Fontanka" nəşri
"Vaqner"in təsisçisi Yevgeni Priqojinin və onunla birlikdə həlak olanların cəsədlərinin vizual tanınması mümkün deyil.
Sfera.az xəbər verir ki, bu barədə Telegram-da "Fontanka" nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, yıxılan sərnişinlər və ekipaj üzvləri ağır yaralandığı üçün vizual şəxsiyyəti müəyyənləşdirmək çətindir. Lakin ekspertlər dolayı sübutlarla Priqojinin təyyarədə olduğunu müəyyən edə biliblər.
İstintaqın versiyalarından birinə görə, Yevgeni Priqojinin də olduğu təyyarəyə partlayıcı qurğu yerləşdirilib. Bomba isə eniş qurğusunun bölməsində olduğundan təyyarənin qanadı qoparaq stabilizatora dəyib.
Federal Hava Nəqliyyatı Agentliyinin açıqladığı siyahıyaa görə, sərnişinlər arasında Yevgeni Priqojin, onun tabeliyində olan komandir Dmitri Utkin, həmçinin Nikolay Matuseyev, Valeri Çekalov, Aleksandr Totmin, Yevgeni Makaryan və Sergey Propustin də var.
Əzizə