Şimali Koreya F-16 təyyarələrinin Ukraynaya verilməsini fəlakət adlandırdı

Şimali Koreya F-16 təyyarələrinin Ukraynaya verilməsini fəlakət adlandırdı

Şimali Koreya ABŞ-nin F-16 təyyarələrini Ukraynaya verməsini nüvə fəlakəti adlandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Şimali Koreya həmçinin bəyan edib ki, ABŞ-nin Moskva və Pxenyanı birgə hərbi-texniki əməkdaşlığa görə tənqid etməyə haqqı yoxdur.

 

Bundan əvvəl Ağ Ev Rusiya və Şimali Koreya arasında əməkdaşlıqdan narahat olduğunu bildirib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, ABŞ Moskva və Pxenyan arasında raket texnologiyaları sahəsində birgə inkişaf potensialından xüsusilə narahatdır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR