Rusiya və Türkiyə yeni görüş planlaşdırır - Ukrayna da qoşula bilər...

Rusiya və Türkiyə yeni görüş planlaşdırır - Ukrayna da qoşula bilər...

Türkiyə və Rusiya rəsmiləri arasında növbəti görüş baş tuta bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, məqsəd taxıl sazişi barədə müzakirələrin aparılmasıdır.

 

“Görüşlərin Rusiya, BMT və Türkiyə rəsmiləri arasında üçtərəfli formatda keçirilməsi də müzakirə olunub. İrəliləyiş əldə olunarsa, danışıqlar Ukraynanın iştirakı ilə dördtərəfli formatda davam etdirilə bilər”, - nəşr yazıb. Həmçinin bildirilib ki, sözügedən görüşün İstanbulda keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, taxıl sazişi iyulun 18-də dayandırılıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR