“Lukaşenko ilə anlaşmanı pozduğuna görə öldürülüb” – Priqojin susmalı idi, amma...

“Lukaşenko ilə anlaşmanı pozduğuna görə öldürülüb” – Priqojin susmalı idi, amma...

Ukraynalı ekspertlər əmindir ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümünə səbəb olan təyyarənin partladılması əmrini Rusiya Prezidenti Vladimir Putin verib.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, Putinin bu qərarı qəbul etməkdə məqsədi vaqnerçilərin üsyanından sonra hərbi sferada öz gücünü bərpa etmək cəhdləridir. Ukraynanın Müharibə Araşdırmaları İnstitutunun analitikləri qeyd ediblər ki, Rusiya silahlı qüvvələrinin nümayəndələri, xüsusən də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ordunun Baş Qərargah rəisi general Valeri Gerasimov məhz Putinin icazəsindən sonra Priqojini edam ediblər.

 

Onların fikrincə, “Vaqner” üsyanından sonra Priqojinin cəzalandırılmamasını Rusiyanın bütün siyasi və təhlükəsizlik sferası zəiflik kimi qiymətləndirirdi.

 

Analitiklərin yanaşmasına görə “Vaqner”lə əlaqəsi olan ordu generalı Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən azad edilməsi, onun yerinə general-polkovnik Viktor Afzalovun təyin edilməsi və təyyarənin vurulması arasında bir gün fasilənin olması da təsadüfi deyil. Kreml bu davranışı ilə göstərdi ki, “Vaqner”in Rusiya rəhbərliyinə qarşı çıxması bir sövdələşmənin nəticəsidir və güc strukturları bu qiyamda əli olanların öhdəsindən gələ bildi.

 

Ekspertlərin başqa bir versiyasına görə, Priqojinin ölüm qərarının verilməsinə onun Afrika ilə bağlı davranışları səbəb olub. Putin, Priqojin və Lukaşenko sövdələşməsinə əsasən Priqojin “Vaqner”in mediada açıqlamalar verməsini məhdudlaşdırmalı və Afrikadakı əməliyyatlara qarışmamalı idi. Amma Priqojin razılaşmaya əməl etməyərək “Vaqner”in Afrikadakı əməliyyatlara müdaxilə imkanlarını yenidən bərpa etməyə çalışıb. Ekspertlərin qənaətincə, Priqojin bu davranışı ilə “qırmızı xətti” keçib və özünün ölüm fərmanını verib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi

Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, məhkəmə hakimi 1989-cu il təvəllüdlü Kərimov Taleh Etibar oğlu bu gün səhə...

Los-Ancelesdə komendant saatı tətbiq ediləcək

Los-Anceles dairəsinin (Kaliforniya ştatı) hakimiyyəti bölgədə 14 min hektardan çox ərazini əhatə edən meşə yanğınları ilə əlaqədar komendant saatının tətbiqi ü...

Ermənistanın Avrasiya İttifaqından çıxması Rusiya ilə münasibətlərə necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti avrointeqrasiya kursunu rəsmən elan edib. Dünən Avropa İttifaqına üzvlük haqqında qanun layihəsi hökumət tərəfindən p...

Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində İlham Əliyevin uğurlu siyasəti dayanır”

  “Artıq neçə müddətdir ki, məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nətic...

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırdı

2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondla...

Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

ABŞ-nin Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Los-Ancelesdə güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını it...