Hindistanda dəmir yolu körpüsü uçdu - Ölənlər var
Hindistanın şimal-şərqində dəmir yolu körpüsü uçub. Nəticədə ən azı 17 nəfər həlak olub, xeyli sayda insan təbii fəlakətdən sonra itkin düşmüş hesab edilir. Bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.
Sfera.az bildirir ki, hadisə Mizoram ştatının Sayrəng kəndi yaxınlığında baş verib. Körpünün bir hissəsinin uçması zamanı tikintidə 40-a yaxın işçi olub. Jurnalistlərin sözlərinə görə, körpünün dağılmasının səbəbi hələlik bəlli deyil. Dövlət Dəmir Yolları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Baş nazir Narendra Modinin ofisi açıqlamasında "Qurbanlara hər cür yardım göstərilir"-deyə bildirib.
Mənbələr hökumətin həlak olanların yaxın qohumlarına təxminən 200 min rupi (2400 dollar - red.) ödəyəcəyini bildirib.
Yerli icmanın bir çox sakini də xilasetmə əməliyyatlarında fəal iştirak edir.
Aynil
Sfera.az