Rusiya XİN-nin ittihamlarına İsveçrədən cavab: “Belə planımız yoxdur...”

Rusiya XİN-nin ittihamlarına İsveçrədən cavab: “Belə planımız yoxdur...”

“İsveçrə neytrallıq siyasətinə sadiqdir və NATO-ya daxil olmaq planı yoxdur. Şimali Atlantika Alyansı ilə əməkdaşlığın genişləndirilməsi isə bu prinsiplərə zidd deyil”.

 

Sfera.az xəbər verir ki, bunu İsveçrə Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarına cavab olaraq bildiriblər.

 

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, İsveçrənin on birinci antiRusiya sanksiyalar paketinə qoşulması bu ölkənin neytrallıq prinsipindən çıxması faktının aşkar təsdiqidir və Bern “getdikcə daha aydın şəkildə NATO-ya doğru sürüklənir”.

 

Xatırladaq ki, İsveçrə 24 fevral 2022-ci ildən etibarən Rusiya Federasiyasına qarşı demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub. Bern sanksiyalar çərçivəsində Rusiyanın 8,1 milyard dollarlıq aktivlərini bloklayıb.

 

İsveçrə Xarici İşlər Nazirliyinin 2022-ci il Xarici Siyasət Hesabatında isə qeyd olunub ki, ölkə NATO ilə təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. İsveçrə hərbçiləri 2023-cü ildə öz ərazisindən kənarda NATO ölkələrinin iştirak etdiyi on təlimdə iştirak edəcək. İsveçrənin 2023-cü ildəki xarici siyasət strategiyasında Rusiya ilə münasibətlərinə yenidən baxacağı da bildirilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR