“Vaqner” üsyanından sonra yoxa çıxmış generalın taleyi bilindi – Putin onu...

“Vaqner” üsyanından sonra yoxa çıxmış generalın taleyi bilindi – Putin onu...

Ukraynadakı müharibənin önəmli simalarından olan və Putinin müharibədəki ən etibarlı adamı kimi tanınan Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanı, eyni zamanda Ukrayna cəbhəsində əməliyyatlara rəhbərlik edən Sergey Surovik vəzifəsindən rəsmən azad edilib.

 

Sfera.az xatırladır ki, Surovik “Vaqner” üsyanından sonra yoxa çıxmışdı və onun taleyi məlum deyildi.

 

Rusiyanın “RİA Novosti” agentliyinin xəbərinə görə Sergey Surovikin  vəzifəsindən azad edilməsi rəsmən təsdiqlənib. Xəbərdə 2022-ci ilin oktyabr-dekabr aylarında Ukraynadakı Rusiya qoşunlarına komandanlıq edən Surovikinin yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalovun təyin edildiyi bildirilir.

 

Bu ilin iyunun 24-də “Vaqner” muzdlu dəstəsinin üsyanı zamanı Surovik vaqnerçilərə müraciət edərək silahı yerə qoymağa çağırmışdı. İğtişaşdan sonra Rusiya mediasında çıxan bəzi xəbərlərdə Surovikin dövləti dəstəkləməsinə baxmayaraq, haqqında istintaq araşdırmalarına başlanıldığı və onun ev dustaqlığında saxlandığı iddia edildi. O zaman ABŞ mediası yazırdı ki, Rusiya ordusunun ən önəmli simalarından biri olan general Surovikin “Vaqner”in üsyan planlarından əvvəlcədən xəbəri olub.  Suriya müharibəsində mühüm rol oynayan və sərt üsulları ilə tanınan Surovikin, Rusiya ordusunda böyük hörmət və dəstək alan şəxs kimi tanınır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində İlham Əliyevin uğurlu siyasəti dayanır”

  “Artıq neçə müddətdir ki, məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nətic...

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırdı

2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondla...

Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

ABŞ-nin Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Los-Ancelesdə güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını it...

Surqut aeroportunda 10-dan çox reys gecikdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib. ...

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    &n...

Ağstafada restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Ağstafada restoranın fəaliyyətini dayandırılıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, Dö...