Logo

Məşhur rus general vəzifəsindən kənarlaşdırıldı

Məşhur rus general vəzifəsindən kənarlaşdırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

General Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb.

Sfera.az xəbər verir ki, bu barədə jurnalist Aleksey Venediktov deyib.

O bildirib ki, general “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.

Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR