Logo

Putin Ərdoğanla nə zaman və harada görüşəcək?

Putin Ərdoğanla nə zaman və harada görüşəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüşə ümid edir.

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ərdoğan administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb .

Agentliyin həmsöhbəti bildirib ki, son telefon danışığında Ərdoğan Putini Türkiyəyə dəvət edib. İndi Rusiya liderinin səfəri ilə bağlı məsələ müvafiq instansiyalarda müzakirə olunur.

Mənbə qeyd edib ki, yaxın vaxtlarda Ərdoğan Putinin Türkiyəyə səfərinə hazırlıqla bağlı ictimaiyyəti məlumatlandıracaq.

Xatırladaq ki, bundan əvvəl TASS agentliyinin Ankaradakı mənbəsi Putinlə Ərdoğan arasında görüşün Türkiyədə keçirilməsini şübhə altına almışdı.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR