“Şimali Koreya nüvə silahından istifadə edə bilər” - Cənubi Koreya Prezidenti

“Şimali Koreya nüvə silahından istifadə edə bilər” - Cənubi Koreya Prezidenti

Şimali Koreya məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.

 

Sfera.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Nazirlər Kabinetinin iclasında deyib.

 

Cənubi Koreya prezidenti həmçinin bildirib ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya ABŞ və Yaponiya ilə üçtərəfli əməkdaşlığı gücləndirəcək.

 

Qeyd edək ki, Yoon Suk Yeol ABŞ-a səfərini yenicə başa vurub, burada o, ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida ilə üçtərəfli danışıqlar aparıb. O, həmçinin ABŞ və Yaponiya liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

 

Üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatda tərəflər ilkin şərt olmadan KXDR ilə dialoqun bərpasına sadiq olduqlarını təsdiqləyiblər. Üç lider həmçinin nüvə silahlarından qurtulmağın beynəlxalq ictimaiyyətin ümumi məqsədi olduğu barədə razılığa gəliblər və onların bir daha heç vaxt istifadə olunmaması üçün səy göstərməyə söz veriblər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR