Logo

Ukraynaya 42 "F-16" VERİLƏCƏK

Ukraynaya 42 "F-16" VERİLƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna birinci mərhələdə tərəfdaşlarından 42 ədəd "F-16" qırıcısı alacaq.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Mark Rutte (Niderandın Baş naziri - red.) və mən Ukraynaya veriləcək "F-16"ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR