Putin Mahaçqaladakı partlayışdan danışdı

Dünya
22:37 / 16.08.2023
15023
Mahaçqalada baş verən və 35 nəfərin ölümünə səbəb olan partlayış hamımızı dərindən kədərləndirdi
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.
“Baş verənlərdən dolayı hər birimiz kədərliyik. Həyatını itirənlərin ailələri, yaralananlar üçün kədərlənirik. Yaralılara təcili şəfalar diləyirik. Həyatını itirənlərin ailələrinə, xalqımıza başsağlığı veririk”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışda 35 nəfər ölüb, 119 nəfər isə xəsarət alıb.