Ermənilər Los-Ancelesdə Azərbaycana qarşı etiraz aksiyaları keçirdilər 

Ermənilər Los-Ancelesdə Azərbaycana qarşı etiraz aksiyaları keçirdilər 

Los-Ancelesin erməni icmasının nümayəndələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları təşkil ediblər.

 

Sfera.az xəbər verir ki, etirazçılar Fransa və Çin konsulluqları, eləcə də Böyük Britaniyanın baş konsulunun evinin qarşısına toplaşıblar.

 

“Biz BMT Təhlükəsizlik Şurasının üzvlərindən müsbət nəticələrə, blokadanın götürülməsinə, Dağlıq Qarabağa ərzaq və dərmanların çatdırılmasına gətirib çıxaracaq addımlar atmalarını gözləyirik”, - etirazçılar bildirib.

 

Qeyd edək ki, İrəvan avqustun 12-də "Qarabağdakı vəziyyət"lə bağlı fövqəladə iclasın çağırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. İclas avqustun 16-da keçiriləcək və iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak edəcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR