Rusiya ordusuna AĞIR ZƏRBƏ - Ən önəmli kadrlarından birini İTİRDİ + FOTO

Rusiya ordusuna AĞIR ZƏRBƏ - Ən önəmli kadrlarından birini İTİRDİ + FOTO

Rusiyanın Maykop təlim aviasiya alayının rəisi, polkovnik Vadim Qurov “L-39” döyüş təlim təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Krasnodar diyarında baş verib. 


Qurov Rusiya ordusu üçün önəmli kadrlardan biri idi. O, Rusiya ordusu üçün çoxlu sayda hərbi pilotların yetişdirilməsini təmin edib. Bundan başqa Qurov Suriyada və Ukraynada keçirilən hərbi əməliyyatların iştirakçısı olub. 


Qurovun Abxaziyada yerləşən Rusiyaya aid hərbi hissədə xidmət keçdiyi də bildirilir.Məlumata görə, təyyarə eniş zamanı aerodrom daxilində qəzaya uğrayıb. 


Xatırladaq ki, bu hadisədən bir qədər öncə Kalininqrad vilayətində “Su-30” qırıcısı təyyarəsi qəzaya uğrayıb, ekipaj üzvləri ölüb. 


Rusiya mediasının məlumatına əsasən, son qəzaya uğrayan “L-39” döyüş təlim təyyarəsi nəzərə alınmaqla 2023-cü ilin əvvəlindən Rusiyanın dövlət sərhədləri daxilində qəzaya uğrayan təyyarələrin sayı doqquza çatıb. Bütün təyyarələrin texniki nasazlıqdan qəzaya uğradığı bildirilib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR