Logo

İrandakı terror aktında ölənlərin sayı 7-yə çatdı 

İrandakı terror aktında ölənlərin sayı 7-yə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Şiraz şəhərindəki Şah Çərəx məscidində törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə İranın Fars əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandiri Yadollah Bueli bildirib. Daha 10 nəfər yaralanıb.

Bueli bildirib ki , məscidin təhlükəsizliyi bərpa edilib, hücum edənlərdən biri saxlanılıb .

Məlumata görə, hücum iki silahlı tərəfindən təşkil edilib. Onlardan biri artıq həbs edilib. İkincisi isə təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə davam edir. Hazırda kompleks mühasirəyə alınıb.

Şah-Çərəx məqbərəsi Şiraz şəhərinin əsas görməli yerlərindən biridir. 14-cü əsrdə tikilmişdir. Məqbərə bundan əvvəl də terror aktına məruz qalıb. Bu, 2022-ci ilin oktyabrında baş verib. Həmin vaxt 13 nəfər həlak olub, 45 nəfər yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR