Logo

Səudiyyə Ərəbistanı Fələstinə ilk səfir TƏYİN ETDİ

Səudiyyə Ərəbistanı Fələstinə ilk səfir TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri, eyni zamanda Fələstinə səfir təyin edilib.

Sfera.az Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X"dakı hesabına istinadən xəbər verir ki, Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.

Qeyd edək ki, Əl-Sudeyri Səudiyyə Ərəbistanını Fələstində təmsil edən ilk diplomatdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR