Logo

Moskvanın "Vnukovo" hava limanı BAĞLANDI 

Moskvanın "Vnukovo" hava limanı BAĞLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskvanın "Vnukovo" hava limanı səhər saatlarından təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər qoyub, bəzi reyslər digər hava limanlarına yönləndirilib.

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti-yə hava limanından məlumat verilib.

"Aeroportdan asılı olmayan səbəblərə görə, "Vnukovo"da səhər saat 09:40-dan etibarən təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Təhlükəsizliyə görə uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib", məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Fövqəladə Hallar Xidməti agentliyə "Vnukovo"nun pilotsuz uçuş aparatına görə müvəqqəti bağlandığını bildirmişdi.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR