Logo

Türkiyədə daha bir GÜCLÜ ZƏLZƏLƏ - ANBAAN VİDEO

Türkiyədə daha bir GÜCLÜ ZƏLZƏLƏ - ANBAAN VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, dünən Türkiyədə ard-arda güclü zəlzələlər qeydə alınıb.

Sfera.az Haber.Global-a istinadən xəbər verir ki, axşam saatlarında Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub. Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə də hiss edilib. 20-dən çox insan yüngül xəsarətlər alıb, bir tərk edilmiş bina dağılıb.

Bundan başqa, səhər saatlarında da Bingöldə 4,3 böyüklüyündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, təkcə dünən Türkiyənin müxtəlif bölgələrində 3 baldan çox 7 zəlzələ olub.

Malatydada 5,3 maqnitudalı zəlzələ anı:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR