Logo

“Emmi” mükafatlandırma mərasimi təxirə salındı

“Emmi” mükafatlandırma mərasimi təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” Televiziya Mükafatları təxirə salınıb.

Sfera.az xarici KİV-ə istinadən  xəbər verir ki, Hollivudda aktyor və yazıçıların tətili səbəbindən mərasim 15 yanvar 2024-cü il tarixində keçiriləcək.

Bildirilib ki, Fox kanalı mərasimi Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a qədər yayımlayacaq.

Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR