Erməni məmurun sərvəti
13:56 / 28.10.2016
1377
Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin yeni rəhbəri Vardan Arutyunyanın malik olduğu sərvət ölkədə hamını şoka salıb.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, yeni komitə rəhbərinin rəsmi olaraq iki villası, üç mənzili və 12 torpaq sahəsi var.
Bundan əlavə onun "RANGE ROVER 4.4 L V9 2.2” "MERCEDES-BENZ S 500 2.3” və "УАЗ 469” markalı avtomobilləri var. Arutyunyan bəyannaməsində 309 milyon 300 min dram dəyərində səhmlərinin olduğunu göstərib.
Yeni Komitə rəhbərinin qiyməti 8 milyon dramdan çox olan bir neçə qol saatı diqqət çəkib. Hazırda subay olan komitə sədrinin 45 milyon 43 min dram, 54,105 dollar və 110 avro pulu var.
O, "Qazprom Ermənistan” şirkətinin icraçı direktoru olduğu vaxt 9 ay ərzində 123 milyon 80 min dram gəlir əldə edib.