Logo

Serj Sarkisyan məhkəmə zalında alqışlarla qarşılandı - FOTO

Serj Sarkisyan məhkəmə zalında alqışlarla qarşılandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə növbəti iclas başlayıb.

Sfera.az xəbər verir ki, sabiq prezidenti tərəfdarları məhkəmə zalında alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Serj Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur. Sarkisyan ittihamı qəbul etmir və vəkilləri keçmiş prezidentin siyasi təqibə məruz qaldığını iddia edirlər. Bu iş üzrə digər təqsirləndirilən şəxslər -  “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və nazirliyin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Arutyunyan da ittihamı qəbul etmirlər.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə Serqo Karapetyanın 15 milyon litr yanacaq üçün nəzərdə tutulmuş dövlət büdcəsindən təxminən yarım milyard dramı israf etməsini təşkil edib.

Əzizə

Serj Sarkisyan məhkəmə zalında alqışlarla qarşılandı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR