Logo

Baydenə sui-qəsd hazırlayan şəxs GÜLLƏLƏNDİ

Baydenə sui-qəsd hazırlayan şəxs GÜLLƏLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Cozef Baydenə qarşı onlayn hədələr dərc edən şəxsi güllələyib.

Sfera.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, həmin şəxs avqustun 9-10-da Yutaya səfəri zamanı prezidenti öldürməklə hədələyib.

Yayılan məlumatlarda sözügedən şəxsin snayper tüfəngini təmizləməyə hazırlaşdığı, həmçinin Yutanın "snayperin Baydeni vurduğu yer" kimi tanınacağına ümid etdiyi bildirilib.

Təhdidlərə əsaslanaraq, Yuta məhkəməsi FTB-yə amerikalı mühafizəçini həbs etməyi və onun evində axtarış aparmağı əmr edib. Büro əməkdaşları Kreyq Robertsonun evinə gələndə atışma baş verib və nəticədə kişi ölüb.

Telekanalın məlumatına görə, FTB agentlərindən heç biri xəsarət almayıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR