Rusiyada Afrikadan gələn miqrantlar üçün kəndlər salınır

Rusiyada Afrikadan gələn miqrantlar üçün kəndlər salınır

Rusiya Afrikadan gələn miqrantlar üçün kəndlər salmağa başlayacaq. Miqrantlar üçün ümumilikdə 30 koloniya yaratmağı planlaşdırırlar.
 

Sfera.az bildirir ki, ötən gün Rusiya Federasiyasında ilk Afro-kəndin salınma mərasimi olub.

 

Afrikadan gələn mühacirlər üçün ilk məskunlaşma koloniyası artıq salınıb. Pilot layihə Moskva və Tver vilayətlərində həyata keçirilir.
 

Qeyd olunur ki, uzun illər əvvəl Afrikaya köçən və indi yaşayış yerini dəyişməyə qərar verən pravoslav fermerlər, burlar Afroselsdə yaşayacaqlar.
 

Avqustun 4-də Boloqoye ərazisində Rusiyada ilk Afroselin daşqoyma mərasimi keçirilib.
 

"Biz Rusiyada Afrikadan Rusiyaya köçənlər üçün 30 koloniya yaratmağı planlaşdırırıq. Sonra onu Rusiya Federasiyasının digər bölgələrinə də yayacağıq, burada regional administrasiyalar mühacirlər üçün cəlbedici şərtlər təklif edə biləcək. Proqram 5 il müddətinə nəzərdə tutulub” -Tverskaya vilayətində kəndin açılış mərasimində Afrika Beynəlxalq Konqresinin rektoru Konstantin Klimenko bildirib.

O əlavə edib ki, Rusiya miqrantları yüksək əxlaqi-mənəvi nizama, ənənəvi ailə dəyərlərinə malik dövlət kimi cəlb edir.
 

Ehtimal olunur ki, kəndlər bütün lazımi mühəndis infrastrukturu ilə təchiz olunacaq, Afrika qitəsindən olan insanlar kənd təsərrüfatı ilə - kartof yetişdirməklə və ya inək saxlamaqla məşğul olacaqlar.
 

RosSMI yazır ki, fermer və layihə iştirakçısı Aleksey Trofimov hələ tikilməmiş Afroselin sakinlərindən yetişdirilən məhsulu və südü qəbul etməyə artıq hazırdır. Onun kənd təsərrüfatı müəssisəsi yeni köçənlərə texnoloji və təşkilati dəstək verəcək, onları resurslarla təmin edəcək: toxumdan tutmuş texnikaya qədər.
 

Güman edilir ki, afrikalı miqrantlar da yeni vətənlərində mikro sərmayəçi olacaqlar: onlar burada öz evlərini tikəcək, kiçik müəssisələr, uşaq bağçaları, təcili tibbi yardım məntəqələri və s. açacaqlar.
 

Ümumilikdə, Rusiyaya 3000 Boer ailəsinin - Afrika kəndlilərinin, Afrikaya mühacirlərin nəslinin, bir qayda olaraq, Hollandiyadan daşınması planlaşdırılır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...