“Yaxın dost olaraq qaldıq\"- Şoyqunun qızı həyat yoldaşı ilə ayrıldı

“Yaxın dost olaraq qaldıq\

Rusiya Federasiyasının müdafiə nazirinin qızı Kseniya Şoyqu əri, fitnes-blogger Aleksey Stolyarovla uzun müddətdir ki, birlikdə olmadığını deyib. Onun sözlərinə görə, o, keçmiş əri ilə çox yaxın dost olaraq qalıb.
 

Sfera.az bildirir ki,Kseniya Şoyqu və Aleksey Stolyarov 2021-ci ildə evləniblər.


Kseniya Şoyqu bloger Aleksey Stolyarovla mehriban ünsiyyət saxladıqlarını və birgə layihələr həyata keçirdiklərini bildirib.
 

"Uzun müddətdir ki, cütlük deyilik. Amma eyni zamanda biz tərəfdaşıq və çox yaxın dostuq. İş, səfərlər və başqa hər şey... Cütlük olaraq qalmaq, belə bir iş rejimi ilə mümkün deyil. Biz bir-birimizi yalnız bayram günlərində, o hardansa uçanda və ya mən muzeyin açılışından gələndə görürük.Bununla belə, Milanik (Şoyqu və Stolyarovun qızı) həmişə xoşbəxtdir”- deyə Şoyqu bildirib.
 

Ayrıldığını onun keçmiş əri də təsdiqləyib. Stolyarovun sözlərinə görə, o və Kseniya Şoyqu çoxdan bir-birlərinə qarşı hisslərini itirmişdilər və buna görə də müsbət notla ayrılmaq qərarına gəliblər. Keçmiş həyat yoldaşları dostluq münasibətləri saxlamağı və birgə idman layihələrini həyata keçirməyi bacarırlar. Stolyarov onu da əlavə edib ki, keçmiş həyat yoldaşı ilə böyütdükləri qızı Milana üçün çox narahatdır.
 

Xatırladaq ki, Kseniya Şoyqu və Aleksey Stolyarov 2021-ci ildə evləniblər.
 

Qeyd edək ki, Rusiya Ukrayna ilə müharibəyə başlayandan bəri Rusiya müdafiə nazirinin kürəkəni “qeyri-vətənpərvər” davranışı ilə dəfələrlə təbliğat bloqçularının diqqətinə düşüb. O, Dubayda yaşayır və əyləncələrə gedir. Stolyarov xüsusilə “Vaqner” muzdlularının lideri Yevgeni Priqojin tərəfindən bəyənilməyib. Priqojin bloqqerin Rusiya-Ukrayna müharibəsini dəstəkləməməsindən və qayğısız həyat tərzi sürməsindən qəzəblənib.
 

2023-cü ilin fevralında Stolyarov rusiyalı jurnalist Yuri Dudun Telegram-da Böyük Müharibənin ildönümü ilə bağlı yazısını bəyəndikdən sonra da qalmaqalla üzləşib. Lakin ona cəbhəyə getməyi məsləhət görən “Z-pərəstişkarları” ilə yazışdıqdan sonra bloger bəyəni butonunu geri götürüb.
 

Rusiya Federasiyasının müdafiə nazirinin qızı Kseniya Şoyqu da Rusiyanın bəzi keçmiş yüksək vəzifəli şəxsləri arasında rəğbət doğurmur. Belə ki, Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin onu "axmaq", Rusiya Müdafiə Nazirliyinin rəhbərini isə "keçi" adlandırıb. Səbəb isə Şoyqu, heç vaxt cəbhədə olmayıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...