Çinə hərbi sirləri ötürən ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçiləri həbs edildi

Çinə hərbi sirləri ötürən ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçiləri həbs edildi

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki üzvü Amerika Birləşmiş Ştatlarında gizli milli təhlükəsizlik məlumatlarını Çinə ötürməkdə ittiham olunaraq saxlanılıb.



Sfera.az bildirir ki, ABŞ hərbi qulluqçuları ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məxfi məlumatları əks etdirən fotoşəkillər və videolar üçün bir neçə min dollar almaqda ittiham olunurlar.



Məlumata görə, kiçik zabit Wenheng Zhao məxfi hərbi məlumatları ehtiva edən foto və videolar müqabilində təxminən 15 min dollar alıb. O, ABŞ hərbi təlimlərinin planlarını, ABŞ-ın Yaponiyadakı hərbi bazasındakı radar sisteminin çertyojlarını və ABŞ Hərbi Dəniz Qüvvələri ilə bağlı digər məlumatları Çin idarəçisinə göndərib.



Seylor Jinchao Wei minlərlə dollar müqabilində ABŞ milli müdafiə məlumatlarını Pekinə ötürməkdə ittiham olunur. Söhbət Amerika döyüş gəmiləri, xüsusən də onun xidmət etdiyi USS Essex desant gəmisi haqqında məlumatdan gedir.



Hər iki hərbçi sui-qəsd və rüşvət almaqda ittiham olunur. Baş prokuror Mett Olsenin sözlərinə görə, onların əməlləri nəticəsində, Çin məxfi hərbi məlumat alıb.


FBİ-nin xüsusi agenti Steysi Moy: “ABŞ üçün Çindən daha böyük təhlükə yoxdur”- deyə bildirib.



Xatırladaq ki, xəbər verdiyimiz kimi, Çin qalliumu olmadan ABŞ hərbi sənayesi hərbi texnika və radarlar istehsal edə bilməz. Bununla bağlı Pentaqon ilin sonuna qədər qalliumun tədarükü üçün Amerika və ya Kanada şirkətləri ilə ilk müqavilə bağlamağı planlaşdırır.



İyulun 20-də Çin sədri Si Cinpin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb. Jurnalistlərin fikrincə, Kissincer Çinə şəxsi səfərlə gəlib, lakin o, ABŞ-Çin danışıqları üçün yan keçid kanalı kimi çıxış edə bilər.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...