Ölümünü proqnozlaşdıran gözəllik kraliçası avtoqəzada vəfat etdi - FOTOLAR

Ölümünü proqnozlaşdıran gözəllik kraliçası avtoqəzada vəfat etdi - FOTOLAR

ABŞ-da öz dəfn mərasimini proqnozlaşdırdığını iddia edən 26 yaşlı gözəllik kraliçası Ariana Viera avtomobilin sükanı arxasında yuxuya getdikdən sonra faciəvi şəkildə vəfat edib.

 

Sfera.az bildirir ki, gaciədən bir qədər əvvəl sosial şəbəkələrdə bir qadın onun dəfn mərasimindən danışıb.

Ölən modelin anası Vivian Ochoa iddia edir ki, qızı çox yorğun olub və maşın sürməyin öhdəsindən gələ bilmirmiş.

 

Qız oktyabr ayında Dominikan Respublikasında keçiriləcək "Miss Latın Amerikası Dünyası 2023" müsabiqəsində Venesuelanı təmsil etməli idi. Lakin o, iyulun 13-də Florida ştatının Orlando şəhərində dəhşətli qəzaya uğradıqdan sonra aldığı xəsarətlərdən vəfat edib.

 

Anasının bildirdiyinə görə, qızı o qədər yorğun olub ki, sükan arxasında yuxuya gedib və qarşısındakı avtomobilə çırpılıb. Ananın sözlərinə görə, Ariana hadisə yerində tibb işçiləri tərəfindən müalicə olunub və iki dəfə sağalıb, lakin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

 

Modelin Nyu-Yorka gözəllik müsabiqəsinə yollandığı bildirilir.

 

Məlumatlara görə, model Nyu-Yorkda (ABŞ) gözəllik müsabiqəsinə göndərilirmiş.

 

"Onu canlandırdılar, sonra infarkt keçirdi. Həkimlər onu yenidən diriltdilər, lakin o, travma mərkəzinə aparılarkən öldü. Qızım yuxuya gedib, çox yorğun idi"- Vivian yerli mediaya deyib.

 

Qeyd edək ki, Ariana karyerasına model kimi başlayıb və eyni zamanda özünün “Full House Cleaning” şirkətini idarə edib.

 

Faciəli hadisədən əvvəl model İnstaqram səhifəsində "Gələcək dəfn üçün özümü lentə alıram, çünki videoda həmişə mənəm, başqa heç kim bunu etmir"-sözləri ilə video yerləşdirib.

 

Onun pərəstişkarlarından biri videoya "Vallah, o gələcəyini proqnozlaşdırır. Görmək nə qədər ağrılıdır" şərhini yazıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR