Logo

Hindistan istehsalı bu dərman qadağan edildi

Hindistan istehsalı bu dərman qadağan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İraq səhiyyə nazirliyi Hindistanda istehsal edilən “Cold Out” soyuqdəymə dərmanını qadağan edib.

Ölkə.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Seyf Bədir danışıb.

“Səhiyyə müfəttişliyi qrupları sözügedən dərmanın və digər qeydiyyatı olmayan dərmanların saxlanması ilə bağlı axtarış və araşdırmalara davam edir. Əgər onu satanlar ələ keçirilərsə, qanuna uyğun olaraq barələrində cinayət işi başlanacaq", -deyə o bildirib.

Bununla yanaşı, o, sözügedən dərmanın səhiyyə nazirliyinin rəsmi qeydlərində olmadığını və istifadəsinin qanuna zidd olduğunu söyləyib.

Qeyd edək ki, sözügedən dərmanın tərkibində zəhərli maddələrin olduğu iddia edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR