Donald Trampı 561 illik həbs cəzası gözləyir

Dünya
12:07 / 03.08.2023
2909
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamlara görə 561 il həbs cəzası gözlədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "The Hill" məlumat verib.
“Korrupsioner Co, (Prezident Co Bayden – red.) Ədliyyə Departamenti sizin təvazökar həmkarınıza qarşı növbəti dəfə qanunsuz ittihamlar irəli sürüb”, Tramp tərəfdarlarına elektron poçtunda yazıb.
Avqustun 1-də Tramp rəsmi olaraq 2020-ci il seçkilərinin nəticələrini pozmağa cəhddə ittiham edilib. O, bu gün, avqustun 3-də məhkəməyə gəlməlidir.
Əzizə