“Putin bizik” - Bu ölkənin lideri Rusiya Prezidentinin siyasətini dəstəklədi

“Putin bizik” - Bu ölkənin lideri Rusiya Prezidentinin siyasətini dəstəklədi

Yohannesburqdakı stadionda on minlərlə tərəfdarı qarşısında çıxışı zamanı solçu radikal Cənubi Afrikanın İqtisadi Azadlıq Mübarizəçiləri Partiyasının rəhbəri Julius Malema Rusiya prezidenti Vladimir Putinə hörmət və ehtiramını ifadə edib.
 

Sfera.az bildirir ki, Malema Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosanı Putinə Beynəlxalq Cinatət Məhkəməsinin orderi əsasında həbs olunmayacağına zəmanət vermədiyinə görə “qorxaq” adlandırıb. Qeyd edək ki, daha əvvəl Malema tərəfdarlarına söz vermişdi ki, “ağlar onların xidmətçisi olacaq”.
 

Yohannesburqda keçirilən mitinq zamanı Malema Cənubi Afrika prezidenti Siril Ramafosanı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə dair order verdiyinə görə Putinin təhlükəsizliyinə zəmanət vermədiyinə görə qınayıb.
 

"Qorxaq Ramafos Putinin həbs olunmayacağına təminat verə bilməz. Biz də Putinik. Putin isə bizik və biz heç vaxt prezident Putinə qarşı imperializmi dəstəkləməyəcəyik"- o deyib.


Həmçinin çıxışı zamanı Julius Malema "Boer öldürün", "ağ əkinçini öldürün" kimi tərcümə olunan "Dubul'ibhunu" mahnısını ifa edib, radikalların lideri barmaqlarını silah formasında büküb.
 

Bundan sonra Elon Mask bunu “ağ soyqırıma açıq çağırış” adlandırıb.
 

Köşə yazarı Sebastian Geisler bildirib ki, ağdərililərə nifrət radikal siyasətçinin Rusiya Federasiyası ilə yaxşı münasibətlər saxlamasına mane olmur və siyasətçi həm də mütəmadi olaraq Pretoriyada Rusiya səfiri İlya Roqaçevlə görüşür.
 

Qeyd edək ki, “İqtisadi Azadlıq Mübarizəsi” radikal partiyası 2013-cü ildən fəaliyyət göstərir və 10 il ərzində ölkədə 3-cü əsas partiyaya çevrilib. Partiyanı əsasən yoxsullar və işsizlər dəstəkləyir.


2019-cu ildə Malema qalmaqallı çıxışı zamanı tərəfdarlarına “ağ dərililərin onların xidmətçisi olacaq” sözünü verib.


OXŞAR XƏBƏRLƏR