“Putinin sonu gəlir, onu Medvedev əvəzləyəcək” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

“Putinin sonu gəlir, onu Medvedev əvəzləyəcək” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

“Kreml 2023-cü ilin sentyabrında keçiriləcək regional seçkilər və 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkiləri ilə bağlı getdikcə daha çox narahat olmağa başlayıb”.

 

Bunu ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, qarşıdan gələn prezident seçkiləri Putin üçün yaxşı nəsə vəd etmir:

 

“Böyük ehtimalla o, postundan getməli olacaq. Qərbin əsas məqsədlərindən biri də çox güman, budur. Putin 2024-cü ildə baş tutacaq seçkilərdə qalib gəlmək üçün ciddi nailiyyət qazanmalıdır. Bu isə inandırıcı görünmür, əksinə, vəziyyət getdikcə pisləşir. Müharibə artıq Rusiya ərazisinə keçib. Moskvaya PUA hücumları bunun ən bariz təzahürüdür.  Müxtəlif Qərb institutları və analitikləri artıq Putinin varisinin kim olacağına dair versiyalarla çıxış edirlər. Proseslər onu deməyə Putinin ətrafındakı xaotik durum getdikcə dərinləşəcək. Bir azdan sonra Kremldə hakimiyyət uğrunda mübarizə başlaya bilər”.

 

Ekspertin sözlərinə görə, yaxın ətrafının Putinə “arxadan zərbə vurması” istisna deyil:

 

“Putin hakimiyyətdən gedəcəyindən əmin olsa, etibar etdiyi bir şəxsin, məsələn keçmiş prezident, hazırda Təhlüksizlik Şurası sədrinin müavini Dmitri Medvedevin onu əvəz etməsinə çalışa bilər. Çünki Putin və Medvedev əvvəlki dövrlərdə də hakimiyyətdə bir-birilərini əvəz ediblər. Ehtimal etmək olar ki, müharibə seçkilərə qədər davam edəcək. Ən azından savaşın bu il başa çatması gözlənilmir. Putinə bərpa işləri üçün imkan verilməz.  Beləliklə, Putin hakimiyyətinin sonu yaxınlaşır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...