Gələn il üçün müdafiə xərcləri təsdiqləndi

Dünya
19:25 / 28.07.2023
8249
ABŞ-ın gələn il üçün büdcəsinə Ukraynaya yardım da daxildir.
Sfera.az xəbər verir ki, ABŞ Senatı gələn il üçün Ukraynaya yardım da daxil olmaqla rekord məbləğdə 886 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
Demokratların nəzarətində olan Senat həm demokratların, həm də respublikaçıların güclü dəstəyi ilə Milli Müdafiə Təxsisatları Aktını(NDAA) 86 səslə qəbul edib.
2024-cü maliyyə ili üçün 886 milyard dollar xərcləmə icazəsi verən NDAA, Konqresin hər il qəbul etdiyi bir neçə əsas qanun layihəsindən biridir.
Sənəddə hərbi qulluqçuların maaşlarının 5,2% artırılması və Ukraynaya Rusiya təcavüzü ilə mübarizədə kömək üçün 300 milyon dollar ayrılması nəzərdə tutulur.(publika.az)