Logo

Priqojin Nigerdəki çevrilişə dəstək verdi

Priqojin Nigerdəki çevrilişə dəstək verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.

Sfera.az arici KİV-ə istinadən xəbər verir ki, o, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara "Vaqner"in xidmətlərini təklif edib.

Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib.

"Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil", - deyə muzdluların lideri bildirib.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR