Logo

Paşinyandan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına etiraz edənlərə CAVAB

Paşinyandan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına etiraz edənlərə CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar onun mövcudluğunu təhlükəyə atır”.

Sfera.az "Sputnik Aremenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı çıxan müxalifətin bəyanatlarına münasibət bildirib.

"Mən kiminsə istəklərini və ya fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, lakin biz mümkün nəticələrdən danışırıq. Səhvlərindən dərs almış bir şəxs, öhdəlikləri olan bir məmur kimi deyə bilərəm: kimsə deyirsə ki, Ermənistan qarşıdurma rejimində yaşamalıdır, o, əslində dövlətin mövcudluğunu təhlükə altında qoyur. Mən demirəm ki, bu insanlar bunu istəyir, amma nəticəsi belə olacaq", - Paşinyan əlavə edib.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR